​Tanışı tərəfindən döyüldü – GORANBOY SAKİNİ XƏSTƏXANALIQ OLUB

Goranboyda döyülmə faktı qeydə alınıb.
Belə ki, Goranboy şəhər sakini 1977-ci il təvəllüdlü Ramil Əhmədov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir. R. Əhmədov tanıdığı şəxs tərəfindən döyüldüyünü deyib.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır(apa).