TANIŞ OLUN: Laçın, Qubadlı və Zəngilana bu məxluq keşişlik edir...- FOTO

Baxış sayı:
664

O, buradakı ermənilərə daim “inam, ümid və sevgi ilə yaşamağı" məsləhət görür...
Bizsə hər il mollalarımızla bərabər özümüz-özümüzü aldadırıq; “inşallah, gələn il Qarabağda oruc tutaq, qurban kəsək...”

 
Fotoda gördüyünüz bu erməni dığası “Kaşataq rayonu” adlandırılmış Laçın, Qubadlı, Zəngilan rayonları ərazilərinin erməni dini rəhbəridir.
Muxalifet.az Moderator.az-a istinadən xəbər verir ki, Xankəndidəki separatçı nəşrlərin yaydığı məlumata görə,  33 yaşlı Benjamin Tsaturyan  mərkəzi “Berdzor” adlandırılmış Laçında yerləşən “Kaşataq rayonu”nun keşişidir. Qarabağın keşişi Parqev Martirosyan onu bu vəzifəyə 2019-cu il sentyabrın 1-dən təyin edib. O, müəyyən olunmuş vaxtlarda Laçındakı erməni kilsəsində bu torpağı zəbt etmiş ermənilər üçün moizə oxuyur, yeni doğulanları, əsgərləri və s.  xaç suyuna çəkir, gorbagor olanları dəfn edir və s... Azərbaycan torpağında sülənən dığa və axçiklərə daim “inam, ümid və sevgi” ilə yaşamağı məsləhət görür... 
P.S. Biz isə hər il Ramazan, Qurban bayramlarında  din xadimlərimiz, mollalarımızla  bərabər özümüz-özümüzü aldadırıq; “inşallah, gələn il Qarabağda oruc tutaq, qurban kəsək...”