Tanış olduğu qadını şantaj edən şəxsə hökm OXUNDU

Baxış sayı:
5212

Qadını şantaj etməkdə ittiham edilən şəxs hakim qarşısna çıxarılıb. O, hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilir.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Daşqın Gəncaliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən D.Gəncəliyev 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Daşqın Gəncəliyev tanış olduğu qadını şantajda ittiham edilir. İttihama görə, onların arasında münasibət yarandıqdan sonra Daşqın Gəncaliyev həmin qadına hədə-qorxu gələrək, bu barədə ailəsinə məlumat verəcəyini deyərək pul tələb edib. Zərərçəkənin şikayəti əsasında Daşqın Gəncaliyev həbs edilib.

Ona Cinayət Məcəlləsinin 182.2-ci (hədə-qorxu il pul tələb etmə) maddəsi ilə ittiham verilib.