​Tanınmış yumor ustadı vəfat etdi

Rusiyanın tanınmış yazıçı-satirik, komediya aktyoru Mixayıl Zadornov vəfat edib.
Muxalifet.az xəbər verir ki, bu barədə “Moskva” agentliyi məlumat yayıb. Verilən məlumata görə, 70 yaşlı sənətkarın ölümü barədə teleaparıcı Regina Duboviçkaya xəbər verib.
“Çox təəssüf ki, deyilənlər həqiqətdir. Mixayıl Zadornov dünyasını dəyişib. Başqa heç nə deyə bilmərəm. Bu xəbər gözlənilməz oldu”, - deyə Regina Duboviçkaya bildirib.
SSRİ xalq artisti, deputat İosif Kobzan isə sənətkarın xərçəng xəstəliyindən öldüyünü bildirib. Onun sözlərinə görə, Mixayıl Zadornov beyin xərçəngindən əziyyət çəkirmiş.
“O, sağalmaz vəziyyətdə idi. Onun beyninin hər iki yarımkürəsi zərər görmüşdü. Dünən vəfat etdi. Belə insanların ölməyi faciədi”, - deyə İosif Kobzan bildirib.
Qeyd edək ki, M.Zadornov iyun ayında müalicə kursunu yarımçıq saxlayaraq, yaxınları ilə daha çox vaxt keçirmək istədiyini bəyan etmişdi.