Tanınmış yazıçıdan Mehman Əliyevin həbsinə etiraz - “HAZIRKI DURUM UTANDIRICIDIR”

Çingiz Hüseynov: ““Turan” azad sözü qoruyan, Azərbaycanın söz simasını rəngləndirən möhtəşəm saytdır”

Tanınmış yazıçı Çingiz Hüseynov “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin həbsinə sərt təpki verib.
Hurriyyet.org xəbər verir ki, yazıçı fikirlərini sosial şəbəkədə paylaşıb: “Azərbaycanın tanınmış jurnalisti Mehman Əliyevin həbsindən hiddətlənmişəm. Azərbaycan hakimiyyəti Rusiyanın rejissor Serebryannikovun həbsi kimi pis vərdişlərini təkrarlamağa çalışır. “Turan” azad sözü qoruyan, Azərbaycanın söz simasını rəngləndirən möhtəşəm saytdır. Tam fikir bildirmək üçün hadisələrin gedişatını gözləyək. Hazırkı durum utandırıcıdır”.