Tanınmış vəkil çağırışlara cavab verdi - "ELİNA İŞİ"NƏ QOŞULUR

Baxış sayı:
6564

Tanınmış vəkil Adil İsmayılov "Elina işi"ndə zərərçəkən tərəfin vəkili ola bilər. 

Vəkil sosial şəbəkələrdə bu işlə bağlı ona edilən çağırışlara cavab verərkən belə deyib. 

"Elinanın işi ilə tam olmasa da, kifayət qədər tanışam. Tanış olduğum materialların əsasında deyə bilərəm ki, iş üzrə aparılmış istintaq çox mülayim desəm bərbad vəziyyətdədir, dünən müşahidəçi kimi iştirak etdiyim məhkəmə prosesi də bu gedişlə nəyinsə dəyişəcəyinə ümid vermir. 

Hazırki vəziyyətdə reputasiyam üçün hansı mənfi nəticələr gətirə biləcəcəyini göz önünə alaraq Elinanın yaxınlarının müraciət edəcəyi və razılığa gələcəyimiz təqdirdə bu işdə onların hüquqlarını müdafiə etməyə hazıram”, - deyə Adil İsmayılov bildirib./yenisabah