Tanınmış teleaparıcı KOMAYA DÜŞÜB – Xanımından açıqlama

Tanınmış teleaparıcı, Publika.az saytının baş redaktoru Elçin Əlibəyli bu gün cərrahiyyə əməliyyatı zamanı komaya düşüb.
 
 Həyat yoldaşı Dilrubə Əlibəyli  teleaparıcının səhhətilə bağlı açıqlama verib. O bildirib ki, E.Əlibəylinin səhhəti axşamdan pisləşib: "Elçin pəhriz saxladığına görə təkcə düyü yeyirdi. Xəbərsiz olmuşuq, düyü səhhətinə pis təsir edirmiş. Öd kisəsində ağrılar başladı. Dünən gecə halı qəfildən pisləşdi, güclü ağrılar başladı. Həkim bildirdi ki, təcili əməliyyat olunmalıdır. Elçin uzun zamandır şəkərdən əziyyət çəkir. Əməliyyat zamanı qəfildən şəkəri yüksəldi, komaya düşdü. Allahıma şükürlər olsun ki, komadan çıxdı. İndi vəziyyəti sabitdi, həkim nəzarəti altındadır"/primetime.az