​Tanınmış məşqçinin səhhəti ağırlaşdı

Baxış sayı:
3439

Atamın vəziyyəti ağırlaşıb. Durumu yaxşı deyil.
Muxalifet.az xəbər verir ki, bu sözləri apa -ya açıqlamasında Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin oğlu Rüstəm Hacıyev deyib.
Mərkəzi Klinik Xəstəxanada ürəyindən əməliyyat olunan "Neftçi”nin sabiq baş məşqçisi Böyükağa Hacıyev bir neçə gün öncə "Modern Hospital”a köçürülüb. "Ağ-qaralar”ı Avropa Liqasının qrup mərhələsinə çıxararaq, Azərbaycan futbolunda ilkə imza atmış mütəxəssisin durumunun getdikcə yaxşılaşacağı güman edilsə də, əksinə olub. Belə ki, təcrübəli məşqçinin vəziyyəti gündən-günə ağırlaşır.
Atasının durumu haqda danışan Rüstəm bunları deyib: "Həkimlər ümidverici bir söz demirlər. Əvvəlki günlərlə müqayisədə atamın vəziyyəti pisləşib. Durumunun ağırlaşması həm ürəyi ilə, həm də beynindəki şişlə əlaqədardı”.
Qeyd edək ki, fevralın 7-də infarkt keçirən Böyükağa Hacıyev təcili əməliyyata alınaraq, ürəyinə stend qoyulub.