​Tanınmış jurnalistlər arasında qrant davası - XƏDİCƏ İSMAYIL VƏ EMİN MİLLİ RATİ RƏHBƏRİNƏ QARŞI

Baxış sayı:
6016

Beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək, hər il külli miqdarda qrant əldə edən bəzi jurnalistlər arasında son vaxtlar ciddi problem yaşanmaqdaqdır.
Hurriyyet.org bu haqda etibarlı mənbələrə istinadın informasiya yayıb.
Məlumata əsasən, xüsusən də tanınmış jurnalist Xədicə İsmayıl və “Meydan” TV-nin rəhbəri Emin Milli ilə “Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu”nun (RATİ) rəhbəri Emin Hüseynov arasında münasibətlər ciddi şəkildə gərginləşib. İddia olunur ki, buna səbəb X.İsmayıl və E.Millinin birləşərək beynəlxalq donor təşkilatlarına E.Hüseynovun əleyhinə müəyyən informasiyalar təqdim etmələri olub. Hansı ki, bu şəxslərin mənfi rəyi nəticəsində Emin Hüseynovun beynəlxalq təşkilatlar tərəfindən maliyyələşməsinin dayandırıldığı bildirilir.
 
Mənbə deyir ki, Xədicə İsmayıl və Emin Millinin beynəlxalq təşkilatlara barəsində mənfi rəy verməsindən xəbərdar olan Emin Hüseynov onların bu əməlinin cavabsız qalmayacağını bildirib. Bu səbəbdən də hazırda tərəflər arasında ciddi qarşıdurma yaşandığı vurğulanır(hurriyyet.org).