​Tanınmış hüquq müdafiəçisinin evinə içalatı çıxarılmış koramal atdılar - FOTO

Baxış sayı:
841

Hüquq müdafiəçisi, Azərbaycan Uşaqlar Birliyinin və sığınacağının sədri Kəmalə Ağazadənin evinə içalatı çıxarılmış koramal atılıb.
Bu haqda Azərbaycan Uşaq Birliyinin sabiq əməkdaşı, bir vaxtlar Uşaqlar Birliyində koordinator kimi çalışan Vasif Akifli xəbər verib.
K.Ağazadə öz qardaşı arvadı tərəfindən məhkəməyə verilib və rüşvət almaqda ittiham olunur. Bu məsələ ilə bağlı məhkəmədə ifadə vermək üçün bir vaxtlar Uşaqlar Birliyində koordinator kimi çalışan Vasif Akifli Türkiyədən Azərbaycana gəlib.
"Günləridir media və sosial şəbəkələr Kəmalə xanım Ağazadədən yazır. Rüşvətxordur, dələduzdur, uşaqlara qarşı zorakıdır, müxtəlif insanlara müxtəlif zamanlarda fiziki, psixoloji, maddi ziyan vurub və s. Anlamadığım bir məqam var. İddia edilən cinayət əməllərinin araşdırılması üçün baş tutan məhkəmədə iddiaçı Həcər Kəngərli niyə iddia tələbini kənara qoyub məhkəmə zalında dindirilən şahidləri mənlə hədələyir ki, dayansın o Vasif. Hələ onunlada varam.
Birincisi, Vasif dayanıb. Hər zamanki yerindədir. Arada sadəcə məsafə vardı, işlərimlə bağlı indi oda yoxdur. Məhz buna görə gəlmişəm. Kəmalə xanımın vəkilindən baş tutacaq məhkəmədə şahid qismində dindirilməyimlə bağlı vəsatət qaldırmasını xahiş etmişəm. Görək bu iddialı xanımın "ər" davası "pul"a,"pul"davası "abort"a abort davası necə Vasifə keçdi? Ədalət yerini tapacaq. Amma bir neçə gün bundan qabaq Kəmalə xanım yaşayan mənzilin pəncərəsindən evə ölmüş koramal atılması vəziyyətin əslində gərginliyini göstərir. Kəmalə xanım bunu ailəsinin və anasının qorxmaması üçün gizlətsə də, mən susmayacam. Növbəti məhkəmədə iştirakıma görə müraciət etmişəm. Mənim də deyəcəklərim var. Həcər Kəngərli niyə və hansı ərizəmə əsasən, tutduğu vəzifədən azad edilib. Hansı "jurnalist" qadınlarla əlbir olub haqqımda nələr edilib. Hansı həkimlərlə bərabər ictimai nüfuzumu ləkələmək üçün oyunlar qurulub. Bu insanlar bir-bir ifşa olunduqda məsələnin içində Həcər Kəngərlinin olduğunu söylədiyi halda susdum. Susdum ki, mənə görə dəyərli olan Kəmalə xanımın ailədaxili məsələsidir. Qarışmış olaram. 3 ildə haqqımda danışmadıqları qalmadı. Amma məncə, bura qədər bəsdir. İndiki Həcər Kəngərli "Dayansın Vasif..onunlada varam" deyir. O zaman buyursun. Adresimi deyim, bir ilan da mənim evimə atdırsın!"/Publika.az