Tanınmış futbolçu karyerasını başa vurub

Baxış sayı:
8866

İngiltərənin “Bernli” klubunun futbolçusu Piter Krauç karyerasını başa vurub.

“Report” xəbər verir ki, 38 yaşlı hücumçu bu barədə “Twitter” hesabı vasitəsi ilə bildirib. 201 santimetr boya malik forvard hər kəsə təşəkkür edib.

Qeyd edək ki, Krauç 2005-2010-cu illər aralığında İngiltərə millisinin heyətində 42 oyuna 22 qol vurub. O, karyerası ərzində “Liverpul” və “Tottenhem” kimi məşhur klubların formasını geyinib.