TANINMIŞ FİZİKDƏN SENSASİON İDDİA: “Allah mövcud deyil, bəşəriyyət 100 il ərzində…”

Baxış sayı:
13171

Böyük Britaniyalı nəzəriyyəçi, fizik Stiven Hokinq ölümündən əvvəl yazdığı “Ciddi məsələlərə qısa cavablar” kitabında Allahın mövcud olmadığını bildirib.

Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu haqda kitaba istinadən CNN telekanalı bildirib.

Alim dəfələrlə bildirirdi ki, ateistdir. Onun sözlərinə görə, dünyada olan bütün prosesləri fiziki qanunlarla izah etmək olar.

“Allah yoxdur, Kainatı heç idarə etmir”, - kitabın mətnində deyilir.

Telekanal qeyd edir ki, alim kitabda bir neçə başqa iddia ilə çıxış edib. Hokinq yazıb ki, Yer kürəsindən kənarda həyat mövcuddur. Onun proqnozuna görə, bəşəriyyət 100 il ərzində Günəş sisteminin istənilən nöqtəsinə səyahət edə biləcək.

Qeyd edək ki, kitab oktyabrın 16-da dərc edilib. Britaniyalı fizik bu il martın 14-də 77 yaşında ölüb.