​Tanınmış alimin dələduzluqda təqsirləndirilən oğluna HÖKM OXUNDU

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Emin Quliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Muxalifət.az xəbər veir ki, iclasda hökm oxunub. Hökmə əsasən E. Quliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, “İG Academy” xaricdə təhsil şirkətinin rəhbəri olmuş Emin Quliyev vətəndaşlardan külli miqdarda pul alıb və onları xaricdə təhsil alması üçün gərəkli xidmətlər göstərəcəyini vəd edib.
Cinayət işində 6 zərərçəkmiş var. Emin Quliyev 200 min manatdan çox pulu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir.
Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunan E. Quliyev ötən il iyulun 12-də zərərçəkmiş Nailə Əkbər qızı Nəsirovanın şikayəti əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
E.Quliyev tanınmış riyaziyyatçı alim, Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin oğludur.