Tanınmış aktrisada beyin xərçəngi aşkarlandı - Ölmək üzrədir

Baxış sayı:
8551

Bir neçə gün əvvəl məşhur aktrisa Anastasiya Zavorotnyukun beynində xərçəng şişi aşkalrlanması barədə məlumatlar yayılıb.

Muxalifet.az bizimyol.info-ya istinadla xəbər verir ki, gözəl aktrisanın xəstəliyi uzun müddət mediadan gizlədilib. Qonşuları onun həddən artıq şişmanladığını və saçlarının töküldüyünü, tanımaz hala düşdüyünü söyləyiblər.

Bir neçə gün öncəyə qədər Polşada xərçəng xəstəliyindən müalicə olunan aktrisa vətənə gətirilib və hazırda Moskvada özəl kliniklardan birinə yerləşdirilib. Həkimlər xəstəliyin son mərhələyə keçdiyini və aciz olduqlarını açıqlayıblar. Hazırda Anastasiya komadadır və onun palatasına, sadəcə, ərini buraxırlar. 46 yaşlı Anastasiya Zavorotnyuk "Dayə" serialındakı baş rolu ilə izləyicilərin sevgisini qazanmışdı.