Tanınmış iş adamı haqqında SENSASİON İDDİA – Əlikram Hümbətov barəsində kitab çap etdirdi: "Səni gözləyirik, ağsaqqalımız"

Baxış sayı:
15454

Muxalifet.az saytının elektron poçtuna oxucularımızdan biri tərəfindən sensasion informasiya daxil olub. Oxumucumuz iddia edir ki, “Mətanət-A” şirkətinin prezidenti Elxan Bəşirov ermənipərəst separatçı Əlikram Hümbətov haqqında kitab nəşr etdirib. Onun yazısını olduğu kimi dərc edirik: “Özünü messenat və xeyirxah bir sahibkar kimi respublika prezidentinə təqdim edən “Mətanət-A” şirkətinin prezidenti Elxan Bəşirov toxunulmaz olduğunu bir daha subut etdi. Belə ki, atası Hidayət Bəşirovun 80 illik yubleyi ilə əlaqədar çap etdirdiyi "Zirvəyə Qalxan Yol" adlı kitabında əslində atasının həyat yolu deyil, "Ey Böyük İnsan", " O, Bir Gün Dönər", "Səni Gözləyirik Ağsaqqalımız" şeirləri və bir neçə məqalə Əlikram Hümbətova həsr edilmiş və bu kitabla bir sıra mesajlar verilmişdir. Bu kitab cənub bölgəsinə yayılandan təxminən 3 ay sonra, yəni mesajı sahibinə çatdırandan və insanları lazımınca maarifləndirdikdən sonra onu adamlardan geri yığıblar. Buradan da görunur ki, “Mətanət-A” şirkətinin prezidenti cənub bölgəsində təxribat hazırlayır. Bunlara sübut olaraq bu ilin yayında Lerik rayonunun kəndləri olan Piran-Vjaker kəndlərinə yol çəkilişi zamanı Lerik rayon icra hakimi Rövşən Bağırov Hamarat kəndində olan şebeldən bu yola işlətməyi qadağan edən kimi, Bəşirov bir telefon zəngi ilə əhalini ayağa qaldırıb, icra başçısına “həddini bildirdi”. Başçı dərhal öz verdiyi qərarı geri götürdü və öz təhlükəsizliyi üçün əhalidən üzr istədi. Bizdə olan məlumata görə, Elxan Bəşirov respublikada yuksək post istəyir. Əgər onu bu ilin sonuna kimi bu posta verməsələr, cənub bölgəsində guclu qiyam baş qaldırar. Cənub bölgəsinin adamlarının böyük bir qisminin Rusiyada olmasına görə, bu qiyama Rusiya Federasiyasından da dəstək hazırlanır. Bəzi mənbələrə görə, Ələkrəm Hümbətov onu dəstəkləyən Elxan Bəşirovun qalxmasında böyük rolu olmuş və bu gün Bəşirovun ətrafında şillə vuranların böyük bir qismi Ələkramın dəstəsinə aid olan adamlardır. Elxan Bəşirov həmçinin Ermənistan xüsusi xidmət orqanlarına bağlı olan “TalyshistanTV”-yə gizli maliyyə yardımı göstərir. Xalq Bəşirovun kim olduğunu yaxşı bilməlidir. Elxan Bəşirov “Zirvəyə qalxan yol” adlı kitabı ictimaiyyətdən gizlədirsə,onda görünən dağa nə bələdçi?” Muxalifet.az Redaksiyadan: Sözügedən kitabla tanış olmadığımızdan, deyilənlərin həqiqət olduğunu tam olaraq iddia edə bilmərik. Bununla belə, güman edirik ki, aidiyyatı qurumlar bu haqda ətraflı araşdırma apararaq, məlum iddialara aydınlıq gətirəcəklər. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.