​TANAP-la bağlı sövdələşmə ilin sonunadək yekunlaşacaq

Baxış sayı: 23

"SOCAR Turkey" ilin sonunadək Transanadolu boru kəməri (TANAP) layihəsində 7 faizlik iştirak payının əldə olunmasını yekunlaşdıracaq.
 
Muxalifet.az trend-ə istinadən xəbər verir ki, bunu şirkətin rəhbəri Zaur Qəhrəmanov deyib.
O qeyd edib ki, müəyyən ləngimələr hüquqi prosedurlarla əlaqədardır:
"Sövdələşmənin razılaşdırılması dövlət səviyyəsində aparılır, sonra səhmdarlar səviyyəsində olacaq. Bununla yanaşı, layihənin kreditorları xəbərdar edilməlidir. Yəni 20-dən çox institutun razılığı lazımdır. Razılaşdırma prosesi davam edir"