​"Taliban"la atışmada 22 hərbçi öldü

Əfqanıstanda "Taliban" terror qruplaşması ilə hərbçilər arasında silahlı qarşıdurma baş verib.
Muxalifət.az xəbər verir ki, ölkənin Qəndəhar vilayətində hərbçilər və "Taliban" döyüşçüləri arasında silahlı insident zamanı 22-dən çox hərbçi ölüb.
1 saat davam edən silahlı qarşıdurma zamanı 15 hərbçi yaralanıb. Hərbçilər 40-a yaxın "Taliban" döyüşçüsünü məhv edib, 35- nəfəri ağır yaralanıb.