Talibanın ABŞ hərbçilərini öldürmək üçün Rusiyadan mükafat aldığı iddia edilir – 2019-cu ildə Əfqanıstanda 20 amerikalı hərbçi ölüb

Baxış sayı:
2305

“Nyu-York Tayms” qəzeti Rusiyanın Əfqanıstandakı ABŞ hərbçilərini öldürməsi üçün Talibana mükafat verdiyini iddia edib. Rusiya bu iddianın yalan olduğunu bildirib.

“Nyu-York Tayms” qəzetinin yazdığına görə, sui-qəsd cəhdləri və digər gizli əməliyyatlarla əlaqədar olan Rusiya gizli xidmətinə tabe olan xüsusi qrupun ötən il uğurlu hücumları üçün Taliban təşkilatını mükafatlandırıb. 2019-cu ildə Əfqanıstanda  20 ABŞ hərbçisi ölüb. Qəzet Rusiyanın məxfi orqanları ilə Taliban təşkilatının əlaqəsinə dair məlumatın ABŞ prezidenti Donald Trampa mart ayının sonunda çatdırıldığını bildirib. Təşkilatlar arasında aparılan iclasda Moskvaya diplomatik xəbərdarlıq və bu istiqamətdə əməlləri dayandırmaq tələbi ilə yanaşı, bir sıra sanksiyaların da müzakirə edildiyi iddia edilib. Lakin Ağ Evin bu çərçivədə hələlik bir addım atılmayıb.

Rusiya: “Hələlik ittiham irəli sürülməyib, ittiham olsa, cavab verərik”

Rusiya prezidenti Vladimir Putinin mətbuat təmsilçisi Dmitri Peskov Kremlin hələlik bir ittihamla qarşılaşmadığını bildirərək deyib: “Əgər kimsə ittiham eləsə, cavabını verərik”.

Taliban ruslarla yox, amerikalılarla sövdələşdiklərini bildirdi

Taliban təşkilatının mətbuat nümayəndəsi Zabinullah Mücahid də təşkilatın heç bir kəşfiyyat xidməti ilə əlaqə saxlamadığını bəyan edib: “Rusiya kəşfiyyat xidməti ilə sövdələşməmiz olması iddiası əsassızdır. Hədəfli sui-qəsdlərimiz illər boyunca olub və bunu öz imkanlarımızla eləmişik. Amerikalılarla razılaşmamızdan sonra daha belə hücumlar edilmir və onlar təhlükəsizlikdədirlər”.

Rusiya səfirliyi təkzib elədi və şikayətləndi: “Ölümlə təhdid edilirik”

ABŞ-ın Rusiyadakı səfirliyi rəsmi sosial media hesabında “Nyu-York Tayms”ın iddialarını təkzib edib: “Rusların ittiham edilməsinə heç bir səbəb olmadığı halda, “Nyu-York Tayms” yeni saxta hekayələr uydurmaqdadır”.

Səfirlik ikinci açıqlamasında bu məqalənin qəzetdə dərc edilməsindən sonra Vaşiqnton şəhərindəki səfirlik işçilərinin ölümlə təhdid edildiklərini bildirib və ABŞ hakimiyyətini lazımi addımları atmağa çağırıb.

Hurriyyet.org