Taliban Türkmənistandan gələn elektrik naqilini kəsdi

Baxış sayı:
9889

Taliban qüvvələri Türkmənistandan Əfqanıstana uzanan elektrikötürücü naqili kəsiblər.
Muxalifet.az xəbər verir ki, bu barədə “Tolo Nyus” məlumat yayıb.
Bildirilib ki, Talibanın nəzarətində olan Moko rayonunun 21 kəndinə elektrik enerjisinin verilişi dayandırılıb.
Əfqanıstanın hökumət qüvvələrinin radikal qruplaşma üzvlərindən enerjinin verilişinin bərpası ilə bağlı tələbi qəbul edilib.
Lakin avadanlıq çatışmazlığı səbəbindən enerjinin bərpası xeyli vaxt alacaq.
Bildirilib ki, taliblər müntəzəm olaraq bu kimi provokasiayala gedərək, hökumətə öz tələblərini diqtə etməyə çalışır.