​Taliban prezidentin təklifini rədd etdi

Baxış sayı:
3757

Taliban hərəkatının lideri Heybətulla Axundzadə Əfqanıstan hökumətinin üç ay müddətinə atəşkəs barədə təklifini rədd edib.
Muxalifet.az xəbər verir ki, bu barədə Taliban hərəkatının nümayəndəsi bildirib.
O, həmçinin Axundzadənin atəşkəslə razılaşmamaq və hökumətlə mübarizəni davam etdirmək niyyətində olduğunu deyib.
Xatırladaq ki, Əfqanıstan Prezidenti Əşrəf Qəni avqustun 19-da Taliban hərəkatı ilə üç ay müddətinə müvəqqəti atəşkəs elan edib. Prezidentin sözlərinə görə, atəşkəs yalnız taliblər buna qarşılıqlı cavab verəcəyi təqdirdə tətbiq olunacaq.