​“Taliban” polisə hücum etdi: 14 ÖLÜ

Əfqanıstanın cənubunda “Taliban” silahlıları polislərə hücum edib.
AzVision.az xəbər verir ki, Tolo News telekanalının yaydığı məlumata görə, oktyabrın 30-na keçən gecə silahlılar Zəbul vilayətində nəzarət-buraxılış məntəqəsinə hücum ediblər. Atışma zamanı 6 polis əməkdaşı ölüb, 8 nəfər yaralanıb.
Yeddi saat davam edən atışma zamanı 8 silahlı öldürülüb, 12-si yaralanıb.