​Tale məhz həmin insanlardandır ki... - Qriqorçuk

Baxış sayı:
5119

Bizim prezidentimiz Tale ilə mənim çox yaxınlığım yoxdu ki, o, mənə özü barədə nələrsə desin. Amma başqalarından prezidentimiz barədə eşidirəm. Bildiyim odur ki, gənc olmasına baxmayaraq, o, çox xeyirxah işlər hayata keçirib.
 
Muxalifet.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk klubun prezidenti Tale Heydərov və vitse-prezidentiniz Fariz Nəcəfov barədə qol.az -a müsahibəsində deyib.
"Razılaşın ki, əgər bir insan digərləri üçün yaxşılıq edirsə, bu, həyatda hər şeydən qiymətlidir. Tale məhz həmin insanlardandı. Eşitməmişəm və inanmıram da ki, onun barəsində kimsə mənfi nəsə desin. 
Farizə gəlincə, ona böyük hörmətim var. Onunla söhbət edəndə də demişəm, mənim idmanda fərdi qaydada yüksək uğurlar əldə edən şəxslərə simpatiyam var", - Qriqorçuk söyləyib.