Tale Bağırzadə tərəfdarları cəzaçəkmə müəssisəsinin önündə etiraz etdilər – Video

Avqustun 6-da “Müsəlman Birliyi” Təşkilatının üzvləri Qobustan Qapalı Cəzaçəkmə Müəssisəsinin önünə toplaşıblar. Onlar Taleh Bağırzadə, Abbas Hüseynov və Cabbar Cabbarovun “kars”a salındığını, Taleh Bağırzadəyə işgəncə edildiyini bildirirlər. Taleh Bağırzadə tərəfdarları deyir ki, məhbuslar Qobustana köçürüləndən bəri onlardan heç bir xəbər ala bilməyiblər.
 
Penitensiar Xidmətdən ailələrə bildiriblər ki, Taleh Bağırzadə bu gün “kars”dan çıxarılacaq. Abbas Hüseynova isə avqustun 5-də 8 günlük “kars” cəzası verilib. Taleh Bağırzadə ilə Cabbar Cabbarova bu gün ailələri ilə telefon əlaqəsi yaratmağa imkan veriləcək.
Həmin şəxslər hüquq-mühafizə orqanlarının 2015-ci il noyabrın 26-da Bakı şəhərinin Nardaran qəsəbəsində keçirilən əməliyyatı nəticəsində həbs olunublar. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Taleh Bağırov və Abbas Hüseynov 20 il, Cabbar Cabarov 19 il azadlıqdan məhrum ediliblər. Onlarla birgə həbs olunanlar isə 10 ildən 17 ilədək cəza alıblar.
Bakı Apelyasiya Məhkəməsi qərarı qüvvədə saxlayır.
Bastainfo.com