Taksilər Londondan Parisə uçacaq – FOTO/VİDEO

Baxış sayı:
5644

Uçan taksilər dörd il içərisində Birləşmiş Krallığın paytaxtı Londondan Parisə uçacaq. Oxu.Az xəbər verir ki, “Vertical Aerospace” adlı start-up şirkəti İngiltərədə ilk dəfə dik qalxma yerinə yetirə bilən elektrikli uçan maşın üçün istehsal və test icazəsi alıb.
Şirkət dörd ilə uçan taksi xidməti göstərməyə hazırlaşır. “The Times”ın xəbərinə görə, dörd qanadı olan dörd nəfərlik elektrikli dron saatda 300 km sürətlə hərəkət edə biləcək.

Yeni texnologiyanın hava limanlarındakı yüklənməni azaldacağı proqnozlaşdırılır.