Taksi sürücüsünü soyanlar tutuldular

Onlar Əziz Ağakişiyevin idarə etdiyi “Mercedes” markalı avtomobilə sərnişin qismində oturub Bakı şəhərinə gedəcəklərini bildiriblər
 
Qəbələ sakininə qarşı quldurluq edən şəxslər tutulublar.
Məlumatı Daxili İşlər Nazirliyinin saytı yayıb.
Nazirlikdən bildirilib ki, avqustun 9-da saat 2.00 radələrində Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisində 2 naməlum şəxs rayon sakini Əziz Ağakişiyevin idarə etdiyi “Mercedes” markalı avtomobilə sərnişin qismində oturub Bakı şəhərinə gedəcəklərini bildiriblər.
İsmayıllı rayonunun Sumağallı kəndi ərazisində onlar Ə.Ağakişiyevi bıçaqla hədələyərək 65 manatını və mobil telefonunu alıb avtomobildən düşərək gediblər.
Xətai Rayon Polis İdarəsi, İsmayıllı Rayon Polis Şöbəsi və Əlahiddə Çevik Polis Alayının əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş - Bakı şəhər sakinləri Rüstəm Məmmədov və Orxan Cəfərov tutulublar.