​Taksi sürücüsünə qarşı QULDURLUQ EDƏN ŞƏXS TUTULDU

Ağdam rayon sakini Rafayel Novruzov 24-də Qusar Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, Bakıdan Qusarın Hil kəndinə gətirdiyi sərnişini tərəfindən soyğunçuluğa məruz qaldığını bildirib.
DİN Mətbuat Xidmətinin Quba regional qrupdan APA-nın yerli bürosuna bildiriblər ki, Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olan R. Novruzova yaxınlaşan bir nəfər Qusar rayonunun Hil kəndinə gedəcəyini bildirib və onlar 60 manata razılaşıblar. Kəndə çatanda isə həmin şəxs gediş haqqını verməyib, hətta onun “Samsung” markalı telefonunu da götürərək aradan çıxıb. 
Aparılan əməliyyat-axtarış tədbirləri ilə həmin şəxsin yeri müəyyən edilərək saxlanılıb və şübhəli şəxs qismində Qusar RPŞ-yə gətirilib. Araşdırmalarla onun Qusar rayonunun Hil kəndi sakini, əvvəllər məhkum olmuş Samir Zalov olduğu məlum olub.
O, törətdiyi əməli etiraf edib və R. Novruzova məxsus mobil telefon maddi sübut kimi ondan götürülüb.
Faktla bağlı Qusar RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. S. Zalovun digər cinayətlərdə də iştirakının olub-olmadığı araşdırılır.