Tahir Kərimli: “Qanuna səs verdim, nə yazıldığını başa düşmədim”
13-03-2019 12:14
Baxış sayı:
12580
Milli Məclisdə bəlkə də qrammatika şöbəsinin yaradılmasına ehtiyac var, çünki bir sıra qanunların dilini başa düşmək olmur.
Muxalifet.az ONA-ya istinadən xəbər verir ki, bunu bu gün Milli Məlisin İnsan hüquqları komitəsinin iclasında millət vəkili Tahir Kərimli bildirib.
T. Kərimli deyib ki, keçən dəfə parlamentdə tibblə bağlı bir qanun qəbul edilib: "Mən o qanuna səs verdim, ancaq qanunda nə yazıldığını tam başa düşmədim. Bu məsələyə diqqət artırılmalıdır".