​Tahir Əkbərlə vida mərasimi keçirilir

Baxış sayı:
2413

Hazırda bəstəkar Tahir Əkbərlə Təzə Pir məscidində vida mərasimi keçirilir.
Bu barədə Publika.az-a Əməkdar artist Aybəniz Haşımova məlumat verib.
Bəstəkar bu gün “Qurd qapısı” qəbristanlığında dəfn olunacaq.
Xatırladaq ki, 72 yaşlı bəstəkar uzun müddət idi ki, beyin insultundan əziyyət çəkirdi. T.Əkbər ötən gün vəfat edib.