​Tahir Əkbərin nəşini çıxarıb, yenidən dəfn etdilər - Səbəb

Baxış sayı:
2023

Martın 2-də dünyasını dəyişən tanınmış bəstəkar Tahir Əkbərin dəfn olunduqdan sonra məzar yeri dəyişdirilib.
Muxalifet.az publika.az-a istinadla xəbər verir ki, bu barədə əməkdar artist Aybəniz Haşımova İnstaqram hesabında məlumat verib.
O, bu qərarın bəstəkarın həyat yoldaşı tərəfindən verildiyini deyib.
T.Əkbər anası Səmayə Əkbərovanın məzarı yanında dəfn edilib.
Ölkə.az isə ailənin bəstəkarın dəfn edildiyi yerin ona layiq olmadığını düşünərək belə bir addım atdığını iddia edib. Sayt yazıb ki, ailə Mədəniyyət və Turizm Nazirliyi adından sənətkarın qəbri üstünə qoyulmuş əklildən belə imtina edib.