​Tağı Əhmədovdan sensasion iddia - ÇOVDAROVDAN 3 MİLYON DOLLAR TƏLƏB EDİR

Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov hazırda həbsdə olan Akif Çovdarova qarşı yeni iddia qaldırıb.
Muxalifet.az-ın "Qafqazinfo"ya istinadən xəbərinə görə, T. Əhmədov Bakı Hərbi Məhkəməsinə müraciət edərək ləğv edilmiş MTN generalı Akif Çovdarova qarşı mülki iddia qaldırıb.
Tağı Əhmədov 2014-cü ildə A.Çovdarovun hədə-qorxu gələrək ondan aldığı 3 milyon manatın həbsdəki generaldan tutularaq geri qaytarılmasını istəyib.
İddia ərizəsi məhkəməyə daxil olub.
Qeyd edək ki, T.Əhmədov istintaqa ifadəsində həmin 3 milyonun "44 illik əmək haqqısı" olduğunu deyib.