​“TABKANI RUSLARA VERMƏRİK” - Kürd terrorçular rusları 7 saat mühasirədə saxladı

Baxış sayı:
389

PKK/PYD terrorçuları Rusiya-Suriya birgə hərbi dəstəsinin Suriyanın şimalında yerləşən Tabka şəhərinə girməyə icazə verməyib. Bildiriblər ki, rəsmi Suriya ilə razılaşmaya görə, Əsəd ordusuna yalnız türklərə qarşı müqavimət göstərməkdə kömək edə bilərlər.
Suriya qoşunlarının dəstələri, eləcə də Rusiya Müdafiə Nazirliyinin hərbi polisi kürdlər tərəfindən şəhərin girişində saxlanılıb. Tərəflər arasında danışıqlar təxminən yeddi saat davam edib, amma kürdlər digər hərbçiləri şəhərə  buraxmayıblar. Nəticədə, Rusiya-Suriya bölmələri yollarını dəyişib və ərazisni tərk edib.
Xatırladaq ki, ötən gün Rusiya hərbi polisinin əməkdaşları ilk dəfə Suriyanın şimalındakı Menbic şəhərində Türkiyə ilə sərhəddən 25 km aralıda keşik çəkiblər. Hərbi polis zabiti Səfər Səfərovun sözlərinə görə, bölgədə sülh və asayiş bərpa olunub.
"Bir həftə əvvəl biz Menbiçə belə sakitcə girə bilməzdik"- hərbçi bildirib.
O, həmçinin əlavə edib ki, Rusiya Silahlı Qüvvələrinin hərbi polisinin işinə yeganə maneə yolları rus qoşunlarının nəzarət zonaları ilə kəsişən Amerika əsgərləri olub.
Bundan başqa, Suriya hökumət qüvvələri Tabka şəhərinin ətraf ərazilərini, o cümlədən eyniadlı aeroportu, həmçinin iki avtomobil körpüsünü, dəmir yolunu və Fərat çayı üzərində iki SES-i nəzarətdə saxlayır.
Bu arada, Türk ordusu Fəratın qərb sahilində qərar tutur. Çayın şərq sahlili isə “Suriya Demokratik Qüvvələri” adı altında döyüşən kürdərin əlindədir. Bəşər Əsədin qüvvələri isə Qamışlı aeroportuna nəzarət edir. 
Rusiya Müdafiə Nazirliyi qeyd edir ki, Rusiya hərbi polisi Menbiçin şimal-qərbində yerləşə məntəqələri müşahidə altında  saxlayır və türklərlə qarşılıqlı rabitə də təşkil olunub.
Muxalifet.az