T​ramp o sənədi imzalayacaq: GECƏ SAVAŞ BAŞLAYIR

Baxış sayı:
7207

ABŞ Prezidenti Donald Tramp polad və alüminium idxalına vergi tətbiqini nəzərdə tutan qanun layihəsini imzalayacaq. Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, imzalanma prosesi Bakı vaxtı ilə saat 01:30-da baş tutacaq. Qərarın dünya ticarətində çaxnaşmaya səbəb olacağı bildirilib. Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp alüminium və polad idxalına 25% vergi tətbiq ediləcəyini deyib. Prezident ABŞ-la ticarət əlaqələrində yaxşı davranmayacağı təqdirdə Avropa Birliyinə qarşı “böyük vergi” tətbiq edəcəyini söyləyib. Ticarət əlaqələri zamanı Avropa Birliyinin Amerikadan faydalandığını xatırladan Tramp deyib ki, şərtlərə əməl olunmasa Avropadan gələn avtomobillərə də 25% vergi tətbiq edəcək.