“Sykes-Pikot” planı ortadan qalxdımı?

Baxış sayı:
11020

PYD/PKK məsələsi ABŞ və Qərbli güclərin əlində bəlkə də 100 illik plandır. Sadəcə Türkiyə deyil, bütün Yaxın Şərqi dizayn etmə layihəsidir bu plan. Ancaq hazırkı mənzərəyə baxsaq, bu layihəyə qarşı dayanan yeganə ölkə Türkiyədir. Suriyaya baxın, İraqa baxın, İran təlatümlər içərisindədir. Məhz çoxşaxəli və çox ölçülü strateji tutumlarla Türkiyənin bu imperialist plana qarşı dayana bilməsi, ABŞ-ın bölgədən çıxmasında ən mühüm amildir. İndilərdə, xüsusilə Pentaqon mənbəli dərin ABŞ, “Sykes-Picot”çularla birlikdə illərdir bəslədikləri bu terrorçu aparatı necə var etməyə davam etmək planları cızırlar. Amma meydançadakı gerçəklik bu planın həyata keçirilməsinə çox da imkan vermir. TRAMP YPG-İŞİD ƏLAQƏSİNİ TƏSDİQ ETDİ ABŞ-ın dövlət katibi Pompeonun Türkiyəni hədəf alan qalmaqal ifadələri var ortada. "ABŞ-ın missiyasının Türklərin Suriyada kürdləri qətl etməmələrini təmin etməkdir" - dedi Pompeo. İfadələrin arxasındakı dərin mənalara baxsaq əgər, Pompeonun təhrik edici sözlərinin arxasında siyasi məqsədlərə yönəlmiş beynəlxalq ictimai rəy yaratma əməliyyatı olduğu görülə bilər. Pompeo, "Hər şeyə rəğmən kürdlər PYD/PKK-dan ibarətdir və hər şeyə baxmayaraq PYD/PKK bizim yaxın tərəfdaşımızdır. Və biz onların ortadan qalxmasını (sözdə soyqırıma məruz qalmasını) istəmirik" demək istəyir. Ancaq həm ABŞ, həm də Rusiya regionda öz hərbi qüvvələri ilə deyil, vəkalət gücləri üzərindən var olma səyi içərisindədirlər. Çünki adi silahlı qüvvələrini daha böyük və daha geniş miqyaslı planlarda və yerlərdə istifadə etmək istəyirlər, bunların içərisində Suriya yoxdur. Bu səbəblə, Pompeonun ritorikasını terror təşkilatı və tərəfdarlarına siyasi və psixoloji dəstək vermək kimi qiymətləndirmək lazımdır. Suriyada çəkilmə qərarı verən ABŞ-ın bu mərhələdə daha fərqli variantlara yönələ bilmə ehtimalı da çox zəif görünür. Əlbəttə, ABŞ prezidentinin ritorikası da maraqlıdır. PYD/PKK-nın İŞİD-a neft satmasından narahat olduğunu ifadə etməsi, eyni zamanda Türkiyənin də PYD/PKK ilə İŞİD arasında iş birliyi olduğuna dair ritorikaları dəstəkləməsi baxımından çox əhəmiyyətlidir. Çünki PYD/PKK-ya “İŞİD-la mübarizə edir” görüntüsü altında legitimlik qazandırmağa çalışırlar, belə bir ritorika hər ikisinin də terror təşkilatı olduğunu aşkara çıxaran əhəmiyyətli bir açıqlamadır. Bu açıqlama Pompeonun ritorikası ilə də üst-üstə düşmür. Müxalifət.az