"Şəxsi heyət gün ərzində 3 dəfə termometriya edilir" - MÜDAFİƏ NAZİRİ

Baxış sayı:
1562

"Koronavirus, ümumiyyətlə, dünyəvi bir problemdir. Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Ali Baş Komandanın tapşırığı ilə Azərbaycan Ordusunda dərhal karantin tədbirləri həyata keçirdi. Ali Baş Komandanın tapşırığı ilə bütün şəxsi heyət - əsgərlər, zabitlər karantinə alındı, hərbi hissələrə giriş-çıxış məhdudlaşdırıldı. Hətta təminata gedən texnikalar dexinfeksiya olundu".
Bunu Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun pandemiya dövründəki fəaliyyəti, əsgərlərin səhhəti və döyüş ruhu ilə bağlı sualı cavablandırarkən deyib.
"Şəxsi heyət gün ərzində 3 dəfə termometriya edilir. Eyni zamanda bizim öz laboratoriyalarımız var və analizləri də özüm aparırıq. Bu məsələdə bizə Dövlət Təhlükəsizliyi Xidməti də böyük dəstək oldu. Ümumiyyətlə, Ali Baş Komandan orduda gedən prosesləri ciddi nəzarətdə saxlayır. Eyni zamanda Birinci vitse-prezident Mehriban Əliyeva da orduda gedən məsələləri ciddi nəzarətdə saxlayır, göstərişlər verir, dəstək olur. Pandemiya ilə mübarizədə də belə oldu. Şəxsi heyət arasında görülən tədbirlər nəticəsində xəstələnmə faktı yox idi, amma karantin tədbirləri yumşalandan sonra gediş-gəliş başladı və çağırış həyata keçirildi. Çağırışçılar arasında bir-iki fakt qeydə alındı"./Report