"Səviyyəsiz adamdır" - Dayısından Tacirə sərt SÖZLƏR - VİDEO - FOTO

Baxış sayı:
6148

ARB TV-nin "Səhər - Səhər" verilişinin növbəti qonağı tanınmış müğənni Tacir Şahmalıoğlu olub. Günün mövzusu isə günlərdir davam edən müğənni ilə dayısı arasındakı qalmaqal olub. 

İfaçının dayısı məsələ ilə bağlı "Səhər-Səhər" kollektivinə açıqlama verib:

"And olsun ki, mənim heç bir şeyə etiyacım yoxdur. Etiyac bir dənə münasibətdir. O adam bir dəfə gəlib qapımı açıb demədi ki, dayı, mən Moskvaya toya gedirəm imkanım olmadı gələm, məni üzürlü hesab et, yasda iştirak edə bilməyəcəm. Bunun özü də böyük şeydir. Nə qədər düşüncəsiz və səviyyəsiz adamdır".

Dayısının bu açıqlamasını dinləyən sənətçi cavabında gecikmədi: 

"Bu deyir ki, münasibət istəyir, eləmi? Münasibət üçün sən telekanallara çıxmalısan? Mənim dalımca danışmalısan və mən də bundan sonra sənin evinə gəlməliyəm? Sən münasibət üçün telekanala qədər gəldiyinə, gəl ordan da anam evinə və məni çağır. Mənə bir sillə də vur. Denən ki, niyə gəlmirsən bizə? Mən də gəlim sənin yanına. Mən həyatı boyu sənin yanına gəlmərəm. Qurtardıq".

Videonu izləmək üçün şəklə klikləyin: 

"Səviyyəsiz adamdır" - Dayısından Tacir Şahmalıoğluya sərt SÖZLƏR .......