​Şvartseneggerdən Trampa sərt sözlər: Dəli prezidentimiz var

Baxış sayı:
5299

Bəli, bizim dəli bir prezidentimiz var və Paris İqlim Müqaviləsindən kənarda qalır. Ancaq ABŞ Vaşinqtondakı bir liderdən daha artıqdır.
Muxalifet.az xəbər verir ki, bunu keçmiş siyasətçi, kino aktyoru Arnold Şvartsenegger bildirib.
"ABŞ-da bir çox dövlət qurumu Paris İqlim Müqaviləsinin tələblərini yerinə yetirməyə çalışır. Tramp müqaviləni qəbul etməsə də, ABŞ müqavilədə yer alır. Bizim Vaşinqtonda çox geri qalmış bir hökumətimiz var", - Şvartsenegger deyib.
Qeyd edək ki, G20 zirvəsində ABŞ Prezidenti Donald Tramp Paris İqlim Müqaviləsinə qarşı olduğunu bildirib.