Şvartsenegger ona edilən hücumdan DANIŞDI

Baxış sayı:
10678

Tanınmış aktyor, ABŞ-ın Kaliforniya ştatının keçmiş qubernatoru Arnold Şvartsenegger Cənubi Afrikadakı idman tədbiri zamanı ona qarşı hücumu şərh edib. Bu barədə o, özünün Tvitter səhifəsində yazıb. "Narahatlığınıza görə sizə təşəkkür edirəm, amma həyəcanlanmağa heç nə yoxdur. Mən düşünürdüm ki, sadəcə camaat məni itələyir, belə hallar tez-tez olur. Videogörüntüyə baxanda anladım ki, sizin hamınız kimi məni də vurdular. Şadam ki, bu yaramaz mənim "Snapchat"dakı yayımımı kəsmədi", - deyə o səhifəsində yazıb.