​Suyun qiyməti artırılacaqmı? - RƏSMİ AÇIQLAMA

Baxış sayı:
6535

"Azərsu” ASC-nin 2017-ci ilin yekunlarına dair maliyyə hesabatında zərərlə işlədiyini açıqlaması, suyun maya dəyərindən 2 dəfə ucuz satıldığını vurğulaması cəmiyyətdə müzakirələrə səbəb olub.
Hesabatda səhmdar cəmiyyətinin əməliyyat zərərləri, əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti və dövriyyə vəsaitlərində çatışmazlıq olduğu vurğulanıb və buna əsas səbəb kimi Tarif (Qiymət) Şurasının müəyyən etdiyi tariflərin su-kanalizasiya xidmətlərinin maya dəyərindən aşağı olması göstərilib.
Bu isə suyun qiymətinin bahalaşacağı barədə fikir formalaşdırıb.
BakuPost-un əməkdaşı məsələ ilə bağlı "Azərsu”nun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxlayıb. Qurum rəsmisi bildirib ki, səhmdar cəmiyyətinin suyun qiymətinin artımı ilə bağlı Tarif Şurasına müraciəti gündəmdə deyil:
"Gəzən söz-söhbətlər subyektiv fikirlərdir. Biz maliyyə hesabatı açıqlamışıq. Audit şirkəti də məlumatları yayıb. "Azərsu” ASC-nin su və kanalizasiyanın qiymətlərinin artımı üçün Tarif Şurasına müraciəti gündəmdə deyil”.