​Süveyş kanalından 81 gəmi keçdi - Rekord SAY

Baxış sayı:
5944

Bu gün Misirin Süveyş kanalından hər iki istiqamətdə rekord sayda gəmi keçib və yük daşınıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Süveyş kanalı administrasiyasının sədri Mohab Mamiş mətbuata açıqlamasında deyib. Onun sözlərinə görə, bu gün Süveyş kanalının tarixində yeni rekord qeydə alınıb - 81 gəmi keçib və 6,1 milyon ton yük daşınıb.
M.Mamiş Süveyş kanalı vasitəsilə keçən tranzit gəmilərin sayının artmasının və daşınan yüklərin həcminin çoxalmasının əhəmiyyətini vurğulayıb, həmçinin bundan əldə olunan gəlirlərin artmasının ölkə iqtisadiyyatının inkişafına təsir etdiyini, habelə kanalın beynəlxalq dəniz ticarətinə verdiyi töhfəni diqqətə çatdırıb.