Suvarma ilə bağlı tenderdə 1,26 milyon manat qazanan şirkətin adı açıqlandı...

Baxış sayı:
4382

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti Yevlax və Goranboy rayonlarında 3 120 ha əkin sahəsi olan təsərrüfatın suvarma suyu ilə təmin edilməsinə dair elan etdiyi açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Hovers Group" MMC-dir.

Qalib şirkətə 1,26 milyon manat ödəniləcək.