Şuşanın icra başçısıdan SƏRT SÖZLƏR: "Öz ana-bacısının qədrini bilən adam Avropada..."

Baxış sayı:
3109

"Xaricdən Azərbaycana qarşı söyüş və təhqir kampaniyası aparanların cəzalandırılması üçün artıq vaxt çatıb. Onları cəzalandırmaq lazımdır. Daha Amerikaya, Avropaya qulaq asmaq lazım deyil. Biz bu gün Fransada nümayişçilərin başına hansı oyunların açıldığını yaxşı görürük. Bizə demokratiya dərsi keçmək istəyənlər ilk növbədə Fransada baş verənlərə baxsınlar". 
Bu fikirləri Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin keçmiş sədri Bayram Səfərov bildirib.   
B.Səfərov deyib ki, söyüş kampaniyası aparmaq acizliyin və qorxaqlığın göstəricisidir:
"Xaricdə gizlənib camaatı təhqir edirlər. Beləsinin anasını ağlatmaq, danlamaq lazımdır. Öz ana-bacısının qədrini bilən adam gedib Avropada oturub söyüş söyməz".
İcra başçısı qeyd edib ki, bu cür söyüş kampaniyası məqəsdli şəkildə təşkil edilir:
"Ona görə də bu adamlar həbs olunmalıdır, cəzalandırılmalıdır. Onlara azadlıq və demokratiya haramdır. Bu adamların hamısı satqındır, Vətən xainləridir, onlara xaricdən pul verirlər. Bu gün bütün dünya ölkələri Azərbaycandakı inkişafa həsəd aparırlar, "sapı özümüzdən olan baltalar" isə bizə qarşı hərəkətə keçiblər. Onların erməni millətçilərindən heç bir fərqi yoxdur".  
B.Səfərov əlavə edib ki, əlillər və şəhidlər haqqında könül bulandıran ifadələr səsləndirmək ən azı tərbiyəsizlikdir: 
"Şəhidlərimiz və qazilərimiz bu gün bizim rahat yaşamağımız üçün canlarını veriblər. Şəhidlərimiz başımızın tacıdır, əzizlərimizdir"./Demokrat