"Şuşa şəhərciyi"ndə üç maşın toqquşdu - Avtomobillərdən biri qadın vurdu

Baxış sayı:
238

Bakının Sabunçu rayonunda yol qəzası baş verib.
Muxalifet.az
ONA-ya istinadən xəbər verir ki, rayonun "Ramana-450" qəsəbəsində ("Şuşa şəhərciyi") üç minik avtomobili toqquşub.
Avtomobillərdən biri zərbənin təsirindən idarəetmədən çıxaraq yaxınlıqdan keçən xanıma dəyib.
Müxtəlif xəsarətlər alan qadın xəstəxanaya çatdırılıb.
Hadisə yerinə polis gəlib, araşdırma aparılır.