“Survivor”dan çıxan kimi sevgili oldular

Baxış sayı:
1566

“Survivor” yarışmasının iki üzvü- Mert Öcal və Evrim Keklik sevgilidir.  “Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin “Hurriyet” nəşri məlumat yayıb. 

Qeyd olunub ki, yarışmadan çıxan iki tanınmış şəxs eşq yaşamağa başlayıb. Hətta onlar sosial şəbəkələrdə birgə fotolarını paylaşıblar, bir-birinin ünvanına xoş sözlər qeyd ediblər. Həm tvitter, həm də instaqramda səmimi yazışan cütlüyün sevgili olduğu vurğulanıb. 

Qeyd edək ki, M. Öcal yarışmadan çıxan zaman E. Keklik kədərlənmiş, onunla eyni xarakterdə olan birinin şoudan getdiyini bildirmişdi.