"Survivor 2020"-də Acun Pərvizi oyundan kənarlaşdırdı - VİDEO

Baxış sayı:
2266

"Survivor 2020" yarışmasında bu dəfə də tamaşaçılar gərgin oyunun şahidi oldu. 

Belə  ki, TV8-də yayımlanan verilişdə həmyerlimiz Pərviz Abdullayev rəqibi ilə mübarizə zamanı dalaşıb.

Burak adlı iştirakçı ilə mübahisə sonradan davaya çevrilib. Tərəfləri ayırıb sakitləşdiriblər. Ancaq oyun zamanı Burak yıxılarkən Pərvizin ayağına vurub.

Bu hərəkəti görən Pərviz isə rəqibinin ayağını tapdalayıb. Hakim qismində çıxış edən Acun Ilıcalı kadrları yenidən izlədikdən sonra Pərvizi oyundan çıxarıb.

Pərvizin oyundan kənarlaşdırılmasından sonra Ersin meydana daxil olub. 

Sonda "Məşhurlar" komandası məğlub olaraq yemək mükafatını qazanmaq imkanını əldən veriblər./baku.ws