​Sürüşmə sahəsində vəziyyət necədir?

Baxış sayı:
7666

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargah Badamdar sürüşmə sahəsindəki son vəziyyəti açıqlayıb.
Qərargahdan daxil olan məlumata görə, saat 21:00-a olan monitorinqin nəticəsinə əsasən aktivlik dinamikası dəyişməz olaraq qalıb. Sürüşmə kütləsi üzərindəki xırda süxurların yola doğru hərəkəti müşahidə edilib. İndiki saata nəzərəçarpacaq dəyişiklik qeydə alınmayıb.