​Sürünən terrorçular və Rusiyaya qarşı İKİNCİ CƏBHƏ – Moskvadan həyəcan SİQNALI

Baxış sayı:
8341

İŞİD terror qruplaşmasının adi döyüşçülərinə verdiyi maaş 2016-cı ildən 90 faiz azalıb.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bu haqda Nyu-Yorkda keçirilən konsultasiyalarda Rusiyanın Xarici İşlər Nazirliyinin yeni çağırışlar və təhlükələr üzrə departamentin direktor müavini Dmitri Feoktistov bildirib.
Onun sözlərinə görə, 2017-ci ildə İŞİD-in “büdcə”si 400 milyon təşkil edib. Qeyd edilir ki, Suriya və İraqda böyük şəhərlər üzərində nəzarətin itirilməsindən sonra İŞİD üzvləri öz “büdcə”sini insan alveri, narkotiklər və silah satışı kimi cinayətkar metodlarla doldururlar. Amma indiyə qədər xaricdən edilən könüllü ianələr İŞİD-in gəlirlərin yenə də əhəmiyyətli hissəsi olaraq qalır.
Rusiya idarəsinin məruzəsində göstərilir ki, Suriyada antiterror əməliyyatları İŞİD-i maliyyə bazasından məhrum edib. 2014-cü ildə - “şöhrət və məşhurluğun pikində” İŞİD-in “büdcə”si 1,8 milyard dollar idi. Ötən il terrorçuların yalnız 400 milyon dollara malik olmasına baxmayaraq, “sosial paket” qalır və öldürülən terrorçuların ailələrinə kompensasiyalar ödəyir.
“İŞİD hərbi məğlubiyyətlərə baxmayaraq, yeni tərəfdarları cəlb etmək və ideologiyanı yaymaq qabiliyyətini saxlayır. Amerikalılar, təbii ki, bununla razıdır. Onlar anlayırlar ki, İŞİD qlobal təhlükə kimi yox olmayıb. Qruplaşma indi bütün dünyada “sürünür”, son 3 il ərzində təxminən 10 yeni bölmə yaradılıb”, - rusiyalı diplomat bildirib.
Onun sözlərinə görə, indi İŞİD-in bölmələri Liviya, Misir, Əfqanıstan, Filippin, Tunis, Əlcəzair, Yəmən, Somali, Niger, Mali və Burkina-Fasoda fəaliyyət göstərirlər. Dmitri Feoktistov bildirib ki, İŞİD-in Əfqanıstanda formalaşdırdığı “Vilayəti Xorasan” Rusiya üçün ən böyük təhlükədir: “Bu, bizim üçün ən böyük təhlükədir, çünki şimali Əfqanıstan Mərkəzi Asiya, MDB və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı partnyorlarımızla həmsərhəddir. Orada Yaxın Şərqdəki cəbhədən sonra ikinci cəbhənin açılışı təhlükəsi mövcuddur. İraq və Suriyadan döyüşçülər əsasən Əfqanıstana qaçdılar.
Feoktistov qeyd edib ki, İŞİD-in zəifləməsi ilə əlaqədar, “Əl-Qaidə”nin əhəmiyyətli güclənməsinin ehtimalı mövcuddur. Onun sözlərinə görə, “Əl-Qaidə”nin maliyyələşməsi indi İŞİD-dən daha çoxdur. Feoktistov bildirib ki, bu terror təşkilatının gəlirləri İŞİD-in gəlirlərini 10-20 dəfə ötür (İŞİD-də 3 milyona qədərdir) və aya 40 milyon dollara qədər təşkil edir.
Xarici İşlər Nazirliyinin nümayəndəsi deyib ki, “Əl-Qaidə”nin bölmələri Qərbi və Şərqi Afrikada (“Aş-Şabab” qruplaşmasının üzvlərinin sayı 3-6 min nəfərdir), Ərəbistan yarımadasında (4 min döyüşçüyə qədər), hind subkontinentində və Şimali Qafqazda fəaliyyət göstərir. O xatırladıb ki, məhz regional qruplaşmalar Paris və Sankt-Peterburqda terror aktlarının arxasında dururdu.
Qruplaşmaların maliyyələşməsinin əsasını qeyri-leqal sənaye istehsalı və humanitar yardımların oğurlanılması da daxil olmaqla kriminal fəaliyyətdən əldə edilən gəlirlər təşkil edir. Məsələn, Feoktistov qeyd edib ki, “Aş-Şabab” Somalidə şəkər və ağac kömürü istehsalını qaydaya salıb. Bu sahələr qruplaşmaya ildə 7-17 milyon dollar gəlir gətirir. Bundan başqa, Fars körfəzi və dövlətlərində olan tayfa rəhbərlərinin şəxsi ianələri də qruplaşmanın gəlirlərində əhəmiyyətli yer tutur.
Feoktistov vurğulayıb ki, terrorçulara silahların çatdırılması kanallarının izlənilməsi məsələsi olduqca aktualdır, çünki onlar Suriya və İraqda xeyli hərbi anbarı tutublar. Rusiyanın Xarici İşlər Nazirliyinin nümayəndəsi şikayətləndi ki, konsultasiyalarının gedişatında ABŞ Rusiya tərəfinə terrorçular haqqında öz informasiyalarını vermədilər.