Sürücüsüz taksilər şəhər küçələrinə çıxdı - FOTO

Baxış sayı: 67

Yapon robot istehsalçısı ZMP korporasiyası Tokionun taksi şirkətləri ilə birgə özü-özünü idarə edən robot taksilər istehsal etməyi planlaşdırır.
 
Əsas hədəf bu taksiləri 2020-ci ildə Tokioda keçirilən yay olimpiya oyunlarına kimi çatdırmaqdır.
ZMP korporasiyasının prezidenti Hisaşi Taniquçi deyib ki, Yaponiyanın taksi sənayesində çalışan işçilər sürətlə yaşlanan nəslin nümayəndələridir: "Taksi şirkətləri cavan sürücü tapmaqda çətinlik çəkirlər. Ona görə də, sürücülükdü innovativ texnologiyanın tətbiqinə tərəfdardırlar".
Tanuquçi qeyd edib ki, sürücüsüz taksilərini şərti müştəri ilə birlikdə Tokio küçələrində test sürüşlərinə başlayıb./Teleqraf.com