SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ! - Köhnə avtomobillər yığışdırılır / VİDEO

Baxış sayı:
1572

Ölkədaxili yollarda hələ də istismar müddəti bitmiş avtomobillərə rast gəlinir. Bu avtomobillər daha çox yükdaşıma məqsədi ilə istifadə edilsə də, digər hərəkət iştirakçıları üçün təhlükə yaradır. Gələn ildən bu problemin həlli üçün konkret işlər görüləcək. Bunun üçün yen dövlət proqramı hazırlanır.

Avtomobilin demək olar ki, çürüməyən detalı yoxdu. Amma bu vəziyyətdə yenə də idarə olunur.

Paytaxt və bölgə yollarında belə avtomobillərə tez-tez rast gəlinir. İstismar müddətini başa vursa da, belə avtomobillər hələ də istifadə edilir.

Ekspertlər son illərdə köhnə avtomobillərdə yaranan texniki nasazlıq səbəbindən baş verən qəzaların sayının artdığını deyirlər. Problemin həlli isə "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, proqramın icrasına gələn ildən başlanılması nəzərdə tutulur. Avtomobillərin utilizasiyası məsələsinin həllü üçün dünya təcrübəsindən də istifadə ediləcək.

Hazırkı qanunvericiliyə görə, köhnə avtomobilin utilizasiyası ilə bağlı Dövlət Yol Polisinə müraciət edilməlidir. Yəni avtomobil sahibi özünə məxsus avtomaşının vəziyyəti haqqında Dövlət Yol Polisinə məlumat verir. Daha sonra isə nəqliyyat vasitəsini dövlət nömrə nişanı və qeydiyyat şəhadətnaməsi ilə birlikdə təhvil verir.(Xezerxeber.az)