​Sürücülərin Diqqətinə: Bu yollarda sıxlıq var

Baxış sayı:
5272

Hazırda Bakının bəzi yollarında nəqliyyat sıxlığı müşahidə olunur.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Muxalifet.az-a verilən məlumata görə, Moskva prospekti (kənar yol - “20 Yanvar” dairəsi istiqamətində, Şamaxinkadan və Bakı Beynəlxalq Avtovağzalından gələnlər üçün), Tbilisi prospekti (şəhər istiqamətində), Alfred Nobel prospekti (şəhər istiqamətində, Süleyman Əhmədov küçəsi kəsişməsinədək), Üzeyir Hacıbəyov küçəsi (mərkəz istiqamətində), Heydər Əliyev prospekti (əsas yol, mərkəz istiqamətində, “Koroğlu” metrostansiyasının ətrafı), Alı Mustafayev küçəsi (Ziya Bünyadov prospekti istiqamətində) və Ziya Bünyadov prospektində (“20 Yanvar” dairəsi istiqamətində) sıxlıq var.