Sürücülərin DİQQƏTİNƏ: Bu yollarda hərəkət məhdudlaşdırılacaq

Baxış sayı:
166
Mayın 15-16-da səhər saatlarından etibarən Bakı Dairəvi-1 avtomobil yolunda və ətraf ərazilərdə nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Bakupost-a verilən məlumata görə, bundan başqa Heydər Əliyev adına Beynəlxalq hava limanının yol qovşağından Mərdəkan yol qovşağına kimi yolun hər iki istiqamətində, axşam saat 22:00-dan səhər saatlarınadək isə Ceyhun bey Hacıbəyli küçəsi və Atatürk prospektinin kəsişməsində yerləşən yeraltı avtomobil tunellərində üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.